Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur


"Uzun illik təhsil, tədris, təcrübə və tədqiqatlar sayəsində İslam dini haqda gəldiyimiz qənaəti, mötədil və mövhumatdan münəzzəh, tolerantlıq tələblərinə uyğun din modelini cəmiyyətə hərətəfli çatdırmağa, normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur".

Newscenter.az xəbər verir ki, bunları ilahiyyatçı alim Tural İrfan deyib. O bildirib ki, məzhəbçi, xurafatçı zümrə vaxtilə müəyyən xarici ölkələrin maddi və digər dəstəyi sayəsində özünə sosial baza yaradıb, hətta maddi resurslar da qura bilib:

"Müəyyən təbəqənin imkanlı, təsir qüvvəsinə malik adamlarını təsir dairəsinə keçirə bilib. İndi həmin resurslardan istifadə edərək qarşımıza kərən, qaya, kötük diyirləyə bilirlər. Fəaliyyətimizə çox ciddi maneələr var".

Süleyman
Xəbəri paylaş