Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi-Aran Regional Təhsil İdarəsi Nazirlər Kabinetinin qüvvədə olan normativ-hüquqi aktlarını pozub

Mərkəzi-Aran Regional Təhsil İdarəsi Nazirlər Kabinetinin qüvvədə olan normativ-hüquqi aktlarını pozub


Nazirlər Kabinetinin qüvvədə olan normativ-hüquqi aktlarının tələblərinə zidd olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən vəzifə adım qanunsuz şəkildə dəyişdirilib, nəticədə 19 illik əmək stajıma və əmək hüquqlarıma zərər vurulub.

Newscenter.az xəbər verir ki, bunu Sevinc Məmmədova deyib. O bildirib ki. çalışdığı məktəbəqədər təhsil müəssisəsində aparılmış yoxlamaların qanuniliyi, tərtib edilmiş aktların hüquqi əsasları və sonradan müəssisə rəhbəri barəsində görülmüş tədbirlərin də araşdırılması zəruridir:

"Bundan başqa, mənimlə birlikdə 14 ali təhsilli əməkdaşın əmək münasibətlərinə dair qəbul edilmiş qərarların qanunvericiliyin tələblərinə uyğun olub-olmaması, həmin şəxslərə hər hansı təzyiq göstərilib-göstərilməməsi və onların vəzifələrinin dəyişdirilməsi prosesinin hüquqi əsasları müstəqil araşdırılmalıdır".

Sevinc Məmmədova bu səbəbdən aidiyyəti qurumlardan xahiş edir ki, qeyd olunan bütün fakt və iddialar üzrə obyektiv araşdırma aparılsın, qanun pozuntusu aşkarlanacağı təqdirdə məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilsin və qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülsün.

Süleyman
Xəbəri paylaş