
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən mediatorlar üçün keçirilən "Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlıq kursları"nı müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub.
Newscenter.az xəbər verir ki, sertifikatvermə mərasimində çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, Mediasiya Şurası tərəfindən mediatorların bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində bir sıra mühüm addımlar atılıb. O, həmçinin mediasiyanın cəmiyyət daxilində hüquqi mübahisələrin daha çevik, səmərəli və qarşılıqlı anlaşma əsasında həllinə töhfə verdiyini diqqətə çatdırıb.
Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Fərdin Xəlilov çıxışında mediatorların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinin bu sahənin effektivliyində həlledici rol oynadığını vurğulayıb.
Daha sonra mediatorlara sertifikatlar təqdim olunub və mediatorlarla xatirə şəkilləri çəkilib.
Süleyman












































