Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna müharibəsinin ən qəddar mərhələsi başlayır

Rusiya-Ukrayna müharibəsinin ən qəddar mərhələsi başlayır


Putinin Kiyevi işğal üçün güc strukturlarından yeni plan istəməsi və bunu həyata keçirməyə cəhd etməsi Avropanın da bu müharibəyə qoşulması anlamına gələcək. Avropa Ukraynanın məğlub olmasını qaldıra bilməz. Bu, onların da məğlub olması anlamına gələr. Ona görə də Kiyevə hücum edilərsə, Avropanın Ukraynaya ordu yeridəcəyi mütləq olacaq.

Rusiyanın bunun üçün hərbi gücünün olub-olmaması isə maraq doğurur. Məsələ ondadır ki, Rusiyanın çoxdandır Belarus ərazisinə hərbi qüvvə yığdığı bəllidir. Hətta istehsal edilən hərbi texnikaların bir hissəsinin cəbhəyə yox, Belarusa yığıldığı deyilir. Böyük ehtimalla bunun üçün hazırlıqlı əsgər ehtiyatı da toplanıb. Ukrayna da buna görə Belarus sərhəddində hərbi qüvvə saxlayır. Putin-Lukaşenko görüşü sonrası bunun elan olunması ehtimalları artırır.

Kiyevin işğal cəhdi Putin üçün son addım olacaq. Baxmut və ya digər kiçik şəhərlərin işğalı zamanı yüz minlərlə itki verən rus ordusu Kiyevi işğal üçün milyonlarla itki verməlidir. Amma Rusiyanın buna imkanı yoxdur. Burda əsas məqsədin Kiyevin işğal olunmasından çox onun xarabalığa çevrilməsi ehtimaldır. Hesab etmək olar ki, müharibənin ən qəddar mərhələsi başlayacaq. Qarşılıqlı zərbələrin daha çox dinc insan öldürdüyü mərhələsi.

Azər Qasımov
Xəbəri paylaş