Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibə dağıdıcı mərhələyə qədəm qoyub

Müharibə dağıdıcı mərhələyə qədəm qoyub


"Rusiya ilə Ukrayna arasında davam edən müharibə özünün ən dağıdıcı mərhələsinə qədəm qoyub. Hər iki tərəfin həyata keçirdiyi hava zərbələri daha çox mülki obyektlərin hədəf alınmasına istiqamətlənir ki, bu da çoxsaylı insan tələfatına yol açır. Təəssüflər olsun ki, beynəlxalq birlik, sivil dünya bu müharibənin qarşısını almaq, problemin diplomatik yolla həllinə nail olmaq əvəzinə, tərəflərə bu və ya digər formada dəstək verməklə savaşın miqyasının daha da genişlənməsinə, mülki insanların qurbana çevrilməsinə şərait yaradırlar".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Rusiya-Ukrayna müharibəsində son günlər yaşananları şərh edərkən deyib. O deyib ki, mülki obyektlərin, dinc insanların hədəfə alınması müharibə cinayətləridir və bu müharibədə sözügedən cinayətə ən çox rəvac verən də məhz Rusiyadır:

"Təkcə ötən gün Ukraynanın paytaxtı Kiyevə yönəlik hava zərbələri onlarla mülki insanın həlak olması, 50-yə saxin insanın yaralanmasına səbəb olub. Proseslərin bu cür davam etməsi onu deməyə əsas verir ki, getdikcə qarşılıqlı zərbələr daha şiddətli xarakter alacaq. Ona görə də hesab edirəm ki, vaxt itirmədən beynəlxalq birlik tərəfləri danışıqlar masasına oturtmalı, müharibənin başa çatması, ən azı müvəqqəti atəşkəsin əldə olunması məqsədilə razılaşma əldə edilməlidir".

Arzuman Muradlının qənaətincə, dünya birliyi, beynəlxalq təşkilatlar, Rusiya-Ukrayna müharibəsində maraqlı olan tərəflər bütün maraqları bir kənara qoyub dinc insanların həyatını xilas etmək üçün hərəkətə keçməli, danışıqlar bərpa olunmalıdır:

"Təəssüf ki, hələlik belə bir istək özünü ciddi şəkildə göstərmir. Əks təqdirdə ABŞ-İran danışıqları kimi Rusiya-Ukrayna danışıqları da baş tutar və problemin həllinə nail olunardı".

Süleyman
Xəbəri paylaş