Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı Bakı ilə geniş və çoxşaxəli əməkdaşlığa can atır

Avropa İttifaqı Bakı ilə geniş və çoxşaxəli əməkdaşlığa can atır


"Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri və aparılan müzakirələr onu deməyə əsas verir ki, Avropa İttifaqı Bakı ilə geniş və çoxşaxəli əməkdaşlığa can atır. Enerji məsələlərindən tutmuş humanitar sahələr də daxil olmaqla Azərbaycanla tərəfdaşlıqda maraqlıdır".

Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Bakının verdiyi mesajlarda da bu münasibətlərin və əlaqələrin yüksələn templə inkişafına işarə edilməklə yanaşı, gələcək perspektiv üçün böyük imkanlar olduğu qeyd edilir:

"Azərbaycan Birliyin 10 ölkəsinə mavi yanacaq ixrac edir və ən böyük xarici ticarətdə payı da məhz birliklə bağlıdır. Prezident İ.Əliyevin də vurğuladığı kimi “Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı”. Məhz ölkənin yürütdüyü xarici siyasət, Qərbin enerji təhükəsizliyində oynadığı vacib rol, sadiq tərəfdaş kimi özünü göstərməsi öz müsbət bəhrəsini verməkdədir. Eyni zamanda Ermənistan və Azərbaycan arasında sülhün hiss olunması və Bakının regional təhlükəsizlik, davamlı sabitlik istiqamətində davamlı addımları bölgəni investisiya üçün də cəlbedici etməkdədir".

Əli Orucov deyib ki, bu dəfəki səfərdə Avpropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen konkret təkliflərlə gəlib:

"Qonaq “Qlobal Qapılar” Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağını bildirib. Həmçinin sülhün inkişafı proqramı ilə bağlı 20 milyon avro dəyərində vəsaitin ayrılacağı nəzərdə tutulur. Bu sərhəd bölgələrdə orta və kiçik biznesin inkişafı üçün böyük stimul yarada bilər. Diqqət çəkən məqamlardan biri də minaların təmizlənməsi barədə dəstəyin ifadə olunmasıdır".

Əli Orucovun sözlərinə görə, AB -nin dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı olması var və layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola biləcəyi kimi vacib məsələlər yer alır:

"Azərbaycan Qərb üçün getdikcə daha vacib bir ölkəyə çevrilir və Rusiyanınn neft və təbii qazdan təzyiq aləti kimi istifadə etməsi, Hörmüz boğazının syasi və hərbi vasitəyə çevrilməsi alternativlər axtarışında ən ideal seçimdir. Qərb bu reallığı getdikcə daha aydın dərk etməkdədir".

Süleyman
Xəbəri paylaş