Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cevdet Yılmaz Pezeşkianla görüşdü

Cevdet Yılmaz Pezeşkianla görüşdü


Türkiyənin vitse-prezident Cevdet Yılmaz İran prezidenti Məsud Pezeşkianla görüşüb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, görüş ABŞ-İsrail hücumlarında həlak olan İranın keçmiş lideri Əli Xameneinin şərəfinə keçirilən dövlət mərasimində iştirak etmək üçün Cevdet Yılmazın İrana səfəri zamanı baş tutub.

Görüş zamanı Cevdet Yılmaz bildirib ki, qardaş İran xalqının ötən dövrdə yaşadığı ağrıları ürəkdən bölüşürük:

"Türkiyə olaraq, bölgəmizdə sülh və sabitliyi daimi etmək, dialoq kanallarını gücləndirmək və müharibədən sonra normallaşma prosesini dəstəkləmək səylərinə töhfə verməyə davam edəcəyik".

İran və Türkiyə arasında ikitərəfli münasibətləri bütün sahələrdə, xüsusən də iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahələrində daha da inkişaf etdirmək üçün iranlı həmkarları ilə əməkdaşlıqda çalışmağa davam edəcəklərini bildirən Yılmaz, "Xoş qarşılama üçün Prezidentə təşəkkür edir, bir daha başda Ali Rəhbər Əli Xamenei olmaqla dünyasını dəyişən bütün iranlı qardaş və bacılarımızın ruhuna başsağlığı verir və dualar oxuyur, İran dövlətinə və dost və qardaş İran xalqına səbr diləyirik",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş