Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın ABŞ-dakı səfiri istefa verib

Ukraynanın ABŞ-dakı səfiri istefa verib


Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina şəxsi səbəblərə görə istefa ərizəsi yazıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, səfirin istefa ərizəsi Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.

Bu arada, Ali Radanın deputatı Oleksiy Qonçarenko özünün Telegram kanalında Stefanişinanın bir neçə gün əvvəl Kiyevə qayıtdığını bildirib. Onun mənbələrinə görə, Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu diplomata qarşı ittiham irəli sürə bilər.

Ukraynanın Birləşmiş Ştatlardakı yeni səfiri vəzifəsinə Yuliya Svirydenkonun təyin olunacağı gözlənilir.

Arzu
Xəbəri paylaş