Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kastamonuda leysan yağışları selə səbəb olub, ev və iş yerləri su altında qalıb

Kastamonuda leysan yağışları selə səbəb olub, ev və iş yerləri su altında qalıb


Türkiyənin şimalındakı Kastamonu vilayətində şiddətli leysan yağışları sel və daşqınlara səbəb olub.

Newscenter-az "Haber Global"a istinadən xəbər verir ki, yağışla bağlı narıncı xəbərdarlıq verilən vilayətin Cide rayonunda Devrekani çayı daşıb.

Sel nəticəsində bir çox evlər, iş yerləri və avtomobillər sular altında qalıb. Bununla yanaşı, daşqın səbəbindən Bartın vilayətinə gedən avtomagistral bağlanıb. Sel və daşqın nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Aidiyyəti qurumlar yağışın fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır.(report)
Xəbəri paylaş