
Türkiyədə CHP dönəmi bitdi. Ötən əsrin 70-ci illərindən ana müxalifət rolunu həyata keçirən CHP-nin hakimiyyətə gəlmək şansları yoxdur. Əgər, şansları olsaydı, 2002-ci ilə qədər Türkiyənin böhranlı dövrlərində gələrdilər. AKP lideri R. T. Ərdoğan güclü Türkiyə qurub. Türkiyə artıq regional gücdən beynəlxalq siyasi nizama yön verən ölkə olub.
AKP bundan sonra 10 il hakimiyyətdə qalması labüddür. Çünki, müxalifətdə olan siyasətçilər yeni dövrün beynəlxalq siyasi çağırışlarına cavab vermirlər. Türkiyənin parlament üsul idarəsində ilişib qalıblar. Nə Özgür Özəl, nə də Ə. İmamoğlu Türkiyəni R. T. Ərdoğan kimi güclü Türkiyə qurmaq potensialına malik deyillər. 2002-ci ilə kimi Türkiyə çətin və qaranlıq günlərini yaşayıb. ABŞ Türkiyədə dəfələrlə hərbiçilərin əli ilə hökumətləri devirib.
Güclü Türkiyə PKK terror təşkilatını bitirib. Suriyani qurur. 2020-ci ildən Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirərək, Rusiyanı regiondan çıxarır. Türkiyə güclü silah arsenalı qurur.
Türkiyədə demokratiya geriliyir, iqtisadi vəziyyət pisdi nağılları ötən əsrin 50-ci illərindən deyilir.
Məhəmməd Əsədullazadə, siyasi şərhçi











































