Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu yüksək dövlət təltifi, göstərilən etimadın və dəyərin təzahürüdür

Bu yüksək dövlət təltifi, göstərilən etimadın və dəyərin təzahürüdür


Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov Milix İlxananoğlu Yevdayevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib. Newscenter-az həmin təbriki təqdim edir:

Hörmətli Milix İlxananoğlu Yevdayev!

Sizi doğum gününüz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edirəm.

Bu yüksək dövlət təltifi Azərbaycanın ictimai həyatında uzun illər ərzində göstərdiyiniz səmərəli fəaliyyətə, milli və mənəvi dəyərlərin qorunmasına, ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin inkişafına verdiyiniz töhfələrə göstərilən yüksək etimadın və dəyərin təzahürüdür.
Quba rayonunun tarixi Qırmızı Qəsəbəsində doğulub boya-başa çatmağınız, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasına uzun illər rəhbərlik etməyiniz, müxtəlif dinlər və xalqlar arasında qarşılıqlı hörmət, etimad və həmrəylik mühitinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətiniz Azərbaycan cəmiyyətinin ən gözəl dəyərlərini özündə əks etdirir.

Doğum gününüz münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni uğurlar arzulayıram. Arzu edirəm ki, bundan sonra da fəaliyyətiniz dövlətimizə, cəmiyyətimizə və insanlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfələr verməyə davam etsin.
Bir daha doğum gününüz və yüksək dövlət mükafatına layiq görülməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

David Seliverstov,

Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi
Xəbəri paylaş