
"Əgər biz Ukraynaya kömək etməyə davam etməsək, bu, yox olacaq".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İtaliyanın müdafiə Naziri Guido Crosetto deyib. Nazir Ukraynaya yardımı xəstə insan üçün dərmanla müqayisə edib. Parlamentin hər iki palatasının Xarici İşlər və Müdafiə Komitəsinin iclasında çıxış edən müdafiə naziri, Romanın Kiyevə 13 paket çərçivəsində hərbi yardım göstərdiyini xatırladıb.
Qeyd edək ki, Rusiya tərəfi dəfələrlə Qərbin Kiyev rejiminə yardımının münaqişənin uzanmasına və Qərbi onun birbaşa iştirakçısına çevirməsinə səbəb olduğunu qeyd edib.
Anar












































