
"ABŞ-la müharibə fonunda İranın kənarda düşmən axtarması düşdükləri durumun vahiməliyini göstərir. İran hakimiyyətinin gözünə hər yerdə düşmən görünür. Ətraf ölkələri taciz edən İran kəşfiyyat orqanları indi ideoloji mübarizə adı altında Azərbaycanın televiziya kanallarını və onlarla əməkdaşlıq edənləri hədəfə götürür".
Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov İranın Kəşfiyyat Nazirliyinin Azərbaycan dövlət televiziyasını düşmən elan etməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda ideoloji olaraq dini qarşıdurma və təxribatlar hazırlayan İran rejiminin orqanları Azərbaycandan buna qarşı fikir bildirən informasiya orqanlarının fəaliyyətini nəyə görə süngü ilə qarşılanmalıdır ki?:
"Məgər Azərbaycan öz dövlət təhlükəsizliyi məsələsini İranın hədələrinə rəğmən boş verməlidir? İran Azərbaycanda "kərimə" dövləti yaratmağı planlayanda, Azərbaycana "Bakı" dövləti deyəndə, İrandan yayımlanan kanallarda Azərbaycan əleyhinə təbliğat aparanda, hələ Azərbaycana qarşı siyasi və hərbi təxribatlar biryana saysız xoşagəlməz məsələr olduğu halda Azərbaycanın buna səssiz qalacağını fikirləşmək ən azı sadəlövlük və qarşısındakını xor görməkdən başqa bir şey deyildir".
Azər Qasımov qeyd edib ki, Azərbaycanın siyasi liderlərini, partiya sədrlərini hədəf alan "Səhər" kanalı İran ərazisində deyil, Azərbaycanla yalnız sərhəd zonalarında verilişlərini yayımlayırdılar:
"Görünən odur ki, İran rejimi belə etməklə 40 milyon İran azərbaycanlısının buna əks reaksiya verməsindən çəkinirdi. Hesab edirəm ki, İranın belə addımları iki qonşu dövlət arasındakı münasibətlərə zərbə vurmaqla yanaşı iki ölkə ərazisində yaşayan qardaş insanların fikirlərində də onlara qarşı əks fikirlər yaradır".
Süleyman












































