Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci Özbəkistan-Gürcüstan turizm forumu keçirilir

Birinci Özbəkistan-Gürcüstan turizm forumu keçirilir


Səmərqənddə ilk Özbəkistan-Gürcüstan turizm forumu keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat verib. Bildirilib ki. iki ölkənin turizm sənayesinin nümayəndələri İpək Yolu Səmərqənd Beynəlxalq Turizm Mərkəzində görüşüblər. Forumun əsas məqsədi Özbəkistan və Gürcüstan arasında turist axınını artırmaq, yeni turizm məkanları yaratmaq və bu sahədə əməkdaşlığı genişləndirməkdir.

Tərəflər mədəni, ziyarət, qastronomik, ekoloji və işgüzar turizmin inkişafı üçün böyük potensialın olduğunu qeyd ediblər.

Birbaşa hava reyslərinin genişləndirilməsi, tur operatorları arasında əməkdaşlığın gücləndirilməsi və media turlarının təşkili məsələləri də müzakirə edilib.

Rəsmi hissədən sonra Özbəkistan və Gürcüstanın turizm biznesinin nümayəndələri arasında B2B görüşləri keçirilib. Tur operatorları və şirkətlər iki ölkədən turist axınının artmasına xidmət edəcək birgə layihələr və yeni turizm məhsulları barədə fikir mübadiləsi aparıblar.

Süleyman
Xəbəri paylaş