
Amerikalı və Avropalı həkimlər xəstənin qidasında çox miqdarda şəkər və digər karbohidratların olması antibiotiklərin bağırsaq mikroflorasına mənfi təsirini əhəmiyyətli dərəcədə artırdığına dair ilk dəlilləri aşkar ediblər.
Newscenter.az xəbər verir ki. bu barədə Nyu-York Universiteti Tibb Məktəbinin (NYUSM) mətbuat xidməti məlumat verib.
Tibb məktəbinin dosenti Jonas Schluter bildirib ki, hazırda antibiotiklərin yan təsirləri ilə əlaqəli mikrobiom strukturundakı uzunmüddətli mənfi dəyişiklikləri fəal şəkildə öyrənirik:
"Təhlillərimiz göstərir ki, bu mənfi dəyişiklikləri antibiotik müalicəsi zamanı və sonrasında şəkərli qidalardan çəkinməklə əhəmiyyətli dərəcədə azaltmaq olar".
Həkimlər bu kəşfi müxtəlif qan xərçəngi formalarından müalicə alan 173 könüllü ilə aparılan unikal bir təcrübədə ediblər. Kimyaterapiyadan sonra qan əmələ gətirmə qabiliyyətini bərpa etmək üçün onlar xüsusi sümük iliyi nəqli prosedurundan keçirlər və bu müddət ərzində immun sistemi bərpa olunana qədər uzunmüddətli antibiotiklər qəbul edirlər.
Bu müddət ərzində həkimlər xəstələrin bədəninin və mikroflorasının antibiotiklərə necə reaksiya verdiyini izləyir, lazım olduqda pəhrizlərini tənzimləyirlər.
Anar











































