Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Livanda yaşayış binasını vurdu

İsrail Livanda yaşayış binasını vurdu


İsrail ordusu Livanın şərqində yaşayış binasına hava zərbəsi endirib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Baalbek şəhərində yaşayış binasına endirilən zərbə nəticəsində 3 mülki vətəndaş yaralanıb.

Məlumatı Livanın rəsmi agentliyi NNA-da təsdiq edib. Bildirilib ki, İsrailin pilotsuz uçan aparatları İsrail sərhədindən təxminən 80 kilometr uzaqlıqdakı Baalbek şəhərinin Safri qəsəbəsində bir binaya zərbə endirib.

Hücumla bağlı verdiyi yazılı açıqlamada İsrail ordusu hava hücumu təşkil etdiyini təsdiqləyib və döyüş təyyarələrinin Livanın cənubundakı Ramye, Ayta əş-Şaab və Mervahin qəsəbələrini vurduğunu bildirib.

Ordu həmçinin Suriya ərazisindən İsrail istiqamətində iki atəş açıldığını və onların işğal altındakı Qolan təpələrində açıq əraziyə düşdüyünü bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş