Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Naxçıvan şəhərinə səfər edib

Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Naxçıvan şəhərinə səfər edib


Mayın 7-də gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Naxçıvan şəhərinə səfər edib. Səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət olunub və nümayəndə heyətinə Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Newscenter.az xəbər verir ki, Fərid Qayıbov Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşları qəbul edib. İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Səfər çərçivəsində nazir Fərid Qayıbov həmçinin gənclərlə görüşüb. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində keçirilən görüşdə gənclərin fəaliyyəti ilə maraqlanan nazir onların suallarını cavablandırıb.

Görüşdə gənclərin ixtisas və peşə seçimi, könüllülük fəaliyyəti, tədbirlərdə iştiraklarının təmin edilməsi, məşğulluğu və digər mövzularda gənclərin fikirlərini dinləyib.

Süleyman
Xəbəri paylaş