Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şotlandiyanın yeni baş naziri bəlli oldu

Şotlandiyanın yeni baş naziri bəlli oldu


Şotlandiyanın yeni baş naziri bəlli olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu Şotlandiya Milli Partiyasının yeni sədri Con Svinnidir.

O, Şotlandiyanın Holyrood muxtar parlamentində keçirilən səsvermədən sonra Şotlandiyanın yeni regional baş naziri olub.

Şotlandiyanın regional baş naziri və Şotlandiya Milli Partiyasının (SNP) sədri Həmzə Yusifin həm baş nazirlik, həm də partiya sədrliyindən istefa verməsindən sonra liderliyə namizəd olan Con Svinni üçün Şotlandiya parlamentində səsvermə keçirilib.

2000-2004-cü illərdə baş nazirin keçmiş müavini və SNP lideri olan Svinni Holyroodda keçirilən səsvermədə 64 səslə parlamentdə çoxluğu qazanıb.

Liderlik yarışında iştirak edən digər üç namizəd Duqlas Ross 31, Anas Sarvar 22 və Aleks Koul-Hamilton 4 səs toplayıb.

Beləliklə, 60 yaşlı Svinni Şotlandiyanın yeni regional baş naziri oldu.

Anar Əliyev
Xəbəri paylaş