Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail Rəfahdakı yaşayış binalarını hədəf alıb

İsrail Rəfahdakı yaşayış binalarını hədəf alıb


İsrail ordusu Rəfahın mərkəzi hissəsindəki yaşayış binalarını artilleriya atəşinə tutub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, zərbələr nəticəsində bəzi binalarda yanğının baş verib.

Əsasən, Rəfahın mərkəzi hissəsində yerləşən Zarun, Kışta və Misri binaları İsrail ordusunun hücumlarının hədəfi olub.

İsrail qüvvələrinin ərazini bombalamağa davam etdiyi üçün mülki müdafiə qruplarının hadisə yerinə çatmaqda çətinlik çəkdiyi və yanğına müdaxilə edə bilmədiyi bildirilib.

Hücumlar nəticəsində can və mal itkisi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Anar Əliyev

Xəbəri paylaş