Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib

İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib


İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin Noun, bu ölkənin Azərbaycandakı səfir Corc Dik və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Bakıda iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat İsrail səfirliyinin “X” hesabında yerləşdirilib.

“İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Noun, İsrailin Azərbaycandakı səfir Corc Dik və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Bakıda İkinci Dünya Müharibəsi Qəhrəmanlarının Memorialını ziyarət ediblər. Azadlıq və tolerantlıq uğrunda şərə qarşı fədakarlıq şərəfdir. İsrail dövləti möhkəm dayanır, özünü bütün pisliklərdən müdafiə etməyə hazırdır”, - paylaşımda bildirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş