IV Avrasiya Qadınlar Forumu başa çatıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sentyabrın 18-20-də Sankt-Peterburqda keçirilən böyük tədbirə 126 ölkədən 1500 nümayəndə qatılıb.
Forumda bir çox məsələlər müzakirə olunub, tematik sessiyalar, məruzələr və debatlar keçirilib.
Bu gün tədbirin bağlanışında BMT-yə, dövlət və hökumət başçılarına, parlamentarilərə, iri beynəlxalq və ictimai təşkilatların rəhbərlərinə göndəriləcək forumun yekun sənədi qəbul edilib.
Mehman Mehdiyev