Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Mahir Süleymanlı Şabranda Zəfər Günü ilə bağlı tədbirlərdə iştirak edib

Deputat Mahir Süleymanlı Şabranda Zəfər Günü ilə bağlı tədbirlərdə iştirak edib


Milli Məclisin deputatı Mahir Süleymanlı 8 Noyabr Zəfər Günü münasibətilə Şabran rayonunda təşkil olunan tədbirlərdə iştirak edib.

Newscenter.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şabran rayon Şəhidlər xiyabanını ziyarət olunub. Ulu Öndərimizin və qəhrəman övladlarımızın əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Tədbirdə Şabran rayon icra hakimiyyətinin başçısı Asif Hüseynov, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.


Tədbirlərdən sonra deputat Mahir Süleymanlı seçiciləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş