Şəmkir şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, Xudat Məmmədovla Anar Süleymanov arasında mübahisə yaşanıb. Bu zaman hər ikisi bir-birinə bıçaqla xəsarət yetirib.
Nəticədə sonuncu aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə yerində olan Tural Gözəlov da bıçaq yarası alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.