Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bütün qarayaxma kompaniyalarına rəğmən COP29-a yüksək səviyyədə ev sahibliyi edir

Azərbaycan bütün qarayaxma kompaniyalarına rəğmən COP29-a yüksək səviyyədə ev sahibliyi edir


Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilən COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı qlobal müstəvidə ekoloji problemlərin həlli, iqlim dəyişiklikləri ilə mübarizə və ölkəmizin bu sahədə siyasəti ilə bağlı bir çox mühüm məsələləri əhatə edir.

Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə fəal rol oynayır. Ölkənin enerji keçidi və dayanıqlı inkişaf strategiyasında bərpa olunan enerji mənbələrinə yönəlməsi, karbon emissiyalarının azaldılması və ekologiyanın qorunması çərçivəsində yanaşmaları bunun bariz nümunəsidir.

Ölkə başçımız çıxışı zamanı dünya dövlətlərini planetimizin gələcəyini düşündürən taleyüklü məsələlərdə birgə əməkdaşlığa çağıraraq beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğuladı. Azərbaycan qlobal iqlim siyasətinə töhfə vermək üçün yeni bir model təqdim edir. Bu, ölkələrin beynəlxalq miqyasda enerji təhlükəsizliyinin artırılması və ekoloji məsələlərdə aktiv iştirakını əhatə edir.

Azərbaycan bütün qarayaxma kompaniyalarına rəğmən COP29-a yüksək səviyyədə ev sahibliyi edir və bu ölkəmizin beynəlxalq arenada fəal rolunun göstəricisi olmaqla yanaşı, xalqımızın milli mənəvi dəyərlərinin, mədəniyyətimizin təcəssümüdür.

Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
Xəbəri paylaş