Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib

Şuşa şəhərinin növbəti təqdimatı Lyublyanada keçirilib


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikasının Avstriya respublikasındakı səfirliyinin müşaviri Fərid Vəliyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Tural Verdiyev və Qoruğun məsul əməkdaşı Səmayə Məmmədova 13-15 noyabr tarixləri arasında Sloveniyanın Lyublyana şəhərində keçirilən Tarixi Şəhərlər Liqasının (TŞL) 19-ci Dünya Konfransında iştirak məqsədi ilə bu ölkəyə səfər ediblər.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində TŞL-nin Baş katibi Shibata Shigenori və Sloveniyanın Lyublyana şəhərinin meri Zoran Yankoviçlə görüşlər keçirilib. Bununla yanaşı, Konfrans çərçivəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzovun təqdimatı əsasında iştirakçı ölkələrə Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası, tarixi-mədəni irsinin qorunmasının mühüm əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq barədə ətraflı məlumat verilərək qeyd edilib ki, hal-hazırda şəhərdə geniş abadlıq və quruculuq, yenidənqurma işləri aparılır, yeni infrastruktur obyektləri yaradılır, şəhərin dünya ictimaiyyətinə tanıdılması istiqamətində bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilir.

Süleyman
Xəbəri paylaş