Türkiyədə daha 49 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Çanaqqala sahillərində qeydə alınıb. Belə ki, Çanaqqalanın Ayvacık rayonunda həyata keçirilən quru və dəniz əməliyyatlarında 23-ü uşaq olmaqla 49 qeyri-qanuni immiqrant yaxalanıb.
Belə ki, Sahil Təhlükəsizlik Şimali Ege Qrup Komandirliyi qrupları Ayvacık sahillərində seyr edən rezin qayıqları təsbit etdi.
Əraziyə “TCSG-8” sahil mühafizə kateri yönəldilib.
Komandalar 29 qeyri-qanuni mühaciri, o cümlədən 13-ü Əfqanıstan vətəndaşı olan uşaqları gəmidən endiriblər.
Mehman Mehdiyev