Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Hacıyev Jozep Borrellə cavab verib

Hikmət Hacıyev Jozep Borrellə cavab verib


Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey deyil.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatlarına cavab olaraq “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Mehman Mehdiyev
Xəbəri paylaş