Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Petrosyanın fikirləri erməni cəmiyyətinin nə dərəcədə xəstə təfəkkürə malik olduğunu göstərir

Petrosyanın fikirləri erməni cəmiyyətinin nə dərəcədə xəstə təfəkkürə malik olduğunu göstərir


"Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1994-cü ildə "Yerkrapa" terror təşkilatının üzvləri qarşısında çıxışında səsləndirdiyi fikirlər onun cinayət məsuliyyətinə cəlb edilməsi və beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsi üçün yetərli faktlardır. Düşünürəm ki, Azərbaycan tərəfi Levon Ter-Petrosyanın məlum fikirləri əsasında onun cəzaandırılması üçün beynəlxalq məhkəmələr qarşısında məsələ qaldıra bilər"

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Petrosyanın terror təşkilatı üzvləri qarşısında çıxış etməsi özü bir cinayətdir və onun da terrorçu kimi axtarışa verilməsinə zəmin yaradır:

"Əslində Ermənistanın keçmiş rəhbərlərinin hamısı Azərbaycana qarşı həyata keçirilən terror və soyqırımın bilavasitə iştirakçısı olublar. Ter-Petrosyan da məlum çıxışı ilə bir daha bunu təsdiq edir".

Arzuman Muradlı onu da qeyd edib ki, sabiq prezidentin fikirləri erməni cəmiyyətinin nə dərəcədə xəstə təfəkkürə və insanlıq əleyhinə cinayətlərə malik olduğunu sübuta yetirir:

"Ancaq 44 günlük Vətən Müharibəsi ilə Ali Baş Komandan, Cənab İlham Əliyev Müzəffər Ordusu ilə Petrosyan kimi canilərin 600 ilə hesablanmış planlarını alt-üst etdi".


Süleyman
Xəbəri paylaş