Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan hakimiyyətinin başında dayananlar müharibə istəyirlər

Ermənistan hakimiyyətinin başında dayananlar müharibə istəyirlər


"Təcrübə göstərdi ki, bunlar ancaq bir dili başa düşürlər – o da yumruq dilidir!".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib. O bildirib ki, ermənilər bu gün Qərbin vədlərinə söykənərək silahlanmaqdadırlar:

"Onlar bir tərəfdən sülh müqaviləsi bağlamaq istədiklərini deyib israr edirlər, digər tərəfdən hücum silahları alırlar".

Fikrət Yusifovun sözlərinə görə, imkanlarının məhdudluğuna baxmayaraq ermənilər silhlanma üçün xərclərdə xəsislik etmirlər:

"Bütün bunlar ortada olduğu tədqirdə, biz Ermənistanla sülh müqaviləsini necə bağlaya bilərək? Görünən budur ki, Ermənistan hakimiyyətinin başında dayananlar müharibə istəyirlər. Buyursunlar! Lakin unutmasınlar ki, bu müharibə Ermənistanın sonu demək olacaqdır".


Süleyman
Xəbəri paylaş