Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülh tərəfdarı deyil

Ermənistan sülh tərəfdarı deyil


"Ermənistanın son günlər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması onu deməyə əsas verir ki, bu ölkə sülh tərəfdarı deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev səsləndirib. Politoloq qeyd edib ki, Ermənistanın şərti sərhəddə təxribat törətməsində əsas məqsədlərdən biri də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına əngəl olmaqdır:

"Onu da xüsusi vurğulamaq lazımdır ki, Ermənistanın təxribatlarının arxasında həm də regionda sülh istəməyən xarici faktorlar dayanır. Başda Birləşmiş Ştatlar və Fransa olmaqla bir sıra ölkələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər və ona görə də Ermənistanı şərti sərhəddə gərginlik yaratmağa təhrik edirlər".

Anar Əliyev
Xəbəri paylaş