Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya dost hesab etdiyi ilə anidən düşmən olmağı yaxşı bilir

Rusiya dost hesab etdiyi ilə anidən düşmən olmağı yaxşı bilir


"Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulmasından və Aktauda təyyarənin qəzaya uğramasından sonra baş verən proseslər ilk növbədə Moskvanın təkəbbürü səbəbindən gərginlik həddinə çatıb. Sivil dövlətlərdə səbəbindən asılı olmayaraq baş verən bu kimi qəzalar sonrası üzr istənilməsi və təzminat ödənilməsi rutin prosedurdur. Qarşılıqlı olaraq dövlətlər də bunu problem səviyyəsinə qaldırmırlar. Rusiyanın bunu etməməsi isə ilk növbədə qarşısındakı dövləti ciddi qəbul etməməsindən irəli gəlir".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, əslində bunun səbəbi Rusiyanın tək Azərbaycana qarşı olan mövqeyi yox, bu dövlətin içində olduğu durumla əlaqəli yaşadıqları mühitlə bağlıdır:

"Rusiya dövləti tək Azərbaycan vətəndaşlarını yox, öz vətəndaşlarını da həmin təyyarədə vurub. Məsələ ondadır ki, Rusiya Ukrayna ilə müharibə etdiyi 3 il ərzində insan ölümlərinə o qədər öyrəşib, biganə olub ki, həmin təyyarədə həlak olan insanların ölümünü adi qəbul edir. Buna görə də üzr istəmək kimi insanı xüsusiyyətin olduğunu unudur. Ukrayna ilə müharibədə yarım milyona yaxın insan itirən Rusiya üçün 37 nəfərin ölümü adi bir şeydir. Bu baxımdan da Azərbaycanın tələblərinə dırnaqarası baxır. Tədricən Azərbaycanın tələbləri onlarda qıcıq yaradır, daxillərində gizlətdikləri şovinist hisslər üzə çıxır ki, bu da sonda hədə və antiAzərbaycan ritorikasına çevrilir".

Azər Qasımov hesab edir ki, bu durum bir müddət belə davam etsə, Rusiya rəsmiləri tərəfindən Azərbaycana qarşı artıq açıq şəkildə təhdidlər səsləndiriləcək:

"Rusiya dost hesab etdiyi ilə anidən düşmən olmağı yaxşı bilir".

Süleyman
Xəbəri paylaş