"Ermənistan açıq şəkildə odla oynayır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə müraciətində Ermənistan dövləti və onun rəhbərliyinə etdiyi xəbərdarlıqdan sonra bu ölkənin Azərbycanın Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması belə deməyə əsas verir. Daha dəqiq desək İrəvan Azərbaycan liderinin xəbərdarlığına rəğmən, müharibə tərəfdarı olduğunu sərgiləyir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı, son günlər Ermənistanın Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmasını şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması həm də sülh müqaviləsinə qarşı olan təxribatdır:
"Bu il ərzində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına müəyyən ümidlər var. Ancaq görünür Ermənistan hər zaman olduğu kimi yenə də sülhə hazır deyil və ona görə də ilin əvvəllindən şərti sərhəd boyunca təxribatlara əl atır".
Arzuman Muradlı onu da deyib ki, bu təxribatların arxasında həm də bölgədə sülh, sabitlik istəməyən xarici faktorlar dayanır:
"Hansı həmin faktorlar, açıq şəkildə desək Fransa, Birləşmiş Ştatlar, Rusiyanın özü Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maraqlı görünmədiyi üçün belə bir təxribatların baş verməsi onların da maraq dairəsindədir".
Arzuman Muradlının sözlərinə görə, Ermənstanın təxribatları davam edəcəyi təqdirdə "Dəmir Yumruq" yenə öz sözünü deyəcək və bu dəfə Ermənistanı heç kim, heç bir dövlət xilas edə bilməyəcək.
Süleyman