Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan xarici qüvvələrin təsiri altındadır

Ermənistan xarici qüvvələrin təsiri altındadır


"Görünən odur ki, hazırda Ermənistanın siyasi dairələrində sabitliyi qoruyub saxlamaq hər gün çətinləşir və səbəb olaraq ölkənin siyasi qüvvələri arasında çəkişmələrin baş verməsini göstərmək olar. Bilindiyi kimi ölkədə siyasi baxımdan qeyri sabitliyin fonunda həbs olunan yüksək rütbəli hərbçi belə var və belə bir vəziyyətdə, aldığımız məlumatlarda son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərini bir neçə dəfə və bir neçə istiqamətdə, neçə gündür ki atəşə tutur. Paşinyan hakimiyyətinin Azərbaycan tərəfinə tələm- tələsik sülh müqaviləsinin bağlanması istiqamətində təkidlər etməsinin səbəblərindən biri də ölkəsində siyasi baxımdan sabitliyin pozulmasının qarşısını almaq məqsədi daşıyırdı.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O, deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü şərtlər görünür Paşinyan hakimiyyəti üçün çətinliklər yaradır:

"Paşinyan hakimiyyəti Ermənistanı gözləyən təhlükələrin fərqindədir və bu səbəbdən Azərbaycan tərəfinin şərtlərini yerinə yetirmək üçün xalqı bu şərtlərə razı salmaq üçün addımlar atır. Ancaq ölkədəki başqa dövlətlərin maraqlarını təmin etməyə çalışan qüvvələr buna imkan vermək istəmirlər və çalışırlar ki, yenidən Azərbaycanla münasibətlər pozulsun və bu səbəbdən hakimiyyəti ələ keçirmək kimi planlar qurulur.

Ermənistan hər zaman olduğu kimi indi də xarici qüvvələrin təsiri altındadır və ölkə bir türlü sərbəst siyasət yürüdə bilmir. Bu səbəbdən Ermənistan tərəfindən ölkəmizə qarşı təxribat xarakterli əməllər baş verir və bu kimi hallar davam edə bilər. Azərbaycan dövləti belə təxribat xarakterli halları anında susdurmağa hazırdır və lazım olduqda bunu edəcək".

Süleyman
Xəbəri paylaş