Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Öcalan PKK-ya silahı yerə qoymaq barədə çağırış edəcək

Öcalan PKK-ya silahı yerə qoymaq barədə çağırış edəcək


"Türkiyədə yenidən "Kürd açılımı" siyasətinə start verilib. Türkiyə rəhbərliyi PKK terror təşkilatına son verməyi, Türkiyənin tam təhlükəsizliyini təmin etməyi hədəfləyir.
Türkiyə prezidenti bu sürəci MHP lideri D. Baxçalı vasitəsilə həyata keçirir. İmralı həbsxanasinda cəza çəkən PKK terror təşkilatının lideri A. Öcalanla danışıqlar aparılıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, kürdlərin DEM partiyası rəhbərliyi MHP lideri ilə görüşlər keçirib:

"Demek olar ki, proses müsbət istiqamətdə davam edir. Danışıqlar baş tutarsa, A.Öcalan PKK-ya silahı yerə qoymaq barədə çağırış edəcək və bununla terror təşkilatına son veriləcəyini açıqlamalıdir. Məhz Türkiyə rəhbərliyinin yeni açılım siyasəti müsbət nəticə verə bilər".

Politoloq deyib ki, regional və beynəlxalq şərtlər dəyişib:

"Türkiyə kifayət qədər güclənib. PKK terror təşkilatına daxildə və sərhəddən kənarda zərbələr vurulub. Həmçinin, Türkiyənin Güney -Doğusu PKK silahlı üzvülərindən təmizlənib".

Anar Əliyev
Xəbəri paylaş