Çinin ardınca Qazaxıstanda sürətlə yayılmağa başlayan yeni metapnevmovirus yerli əhali arasında təşvişə səbəbə olsa da, lakin rəsmilər ciddi problemin olmadığı qənaətindədirlər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ölkə başçısı Kasım-Jomart Tokayev də hər kəsi narahat edən metapnevmovirusla bağlı da fikir bildirib. Tokayev hadisə ətrafında hay-küy salmağa lüzum görmədiyini vurğulayıb:
"İndi hamı yeni infeksiyadan danışır. Düşünürəm ki, bununla bağlı hay-küy salmağa dəyməz".
Tokayev bildirib ki, hər şeyə rəğmən Qazaxıstan Çinlə əməkdaşlığı daha da inkişaf etdirməlidir.
Anar Əliyev