2024-cü ildə Türkiyədən müxtəlif ölkələrə 410 milyon 891 min dollar dəyərində ərik qurusu ixrac edilib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, nəticədə quru ərik ixracından təxminən 411 milyon dollar gəlir əldə edilib
Bildirilib ki, təkcə 2024-cü ilin dekabr ayında ixracat 8 min 565 ton təşkil edib. Bu il keçən ilə nisbətən təxminən 1500 ton çoxdur. Nəticədə göstərilən müddətdə 39 milyon 427 min dollar gəlir əldə edilib.
Məlumata görə, ərik qurusunun ən çox ixrac edildiyi ölkələr sırasında Birləşmiş Ştatlar, Fransa və Almaniya ilk üçlükdə yer alır.
Anar Əliyev