Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türk axını” ilə 5 ildə 104 milyard kubmetr qaz nəql edilib

“Türk axını” ilə 5 ildə 104 milyard kubmetr qaz nəql edilib


Rusiyadakı təbii qaz ehtiyatlarını Türkiyəyə, eləcə də bu ölkə üzərindən Avropaya nəql edən “Türk axını” Təbii Qaz Kəməri ilə 5 ildə ümumilikdə 104,1 milyard kubmetr qaz nəql edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, “Türk axını” ilə Türkiyəyə təqribən 44,4 milyard kubmetr, Avropaya isə 59,8 milyard kubmetr qaz çatdırılıb.

Sözügedən dövrdə boru kəməri ilə Türkiyə və Avropaya ümumilikdə 104,1 milyard kubmetr qaz çatdırılıb.

Qeyd edək ki, Rusiyadan Avropaya təbii qaz təmin edən “Şimal axını 1”, “Şimal axını 2” və Yamal-Avropa boru kəmərlərinin bağlanmasından və Ukraynadan qaz nəqlinin dayandırılmasından sonra “Türk axını”nın yeganə tranzit marşrutu kimi əhəmiyyəti artıb.


Mehman Mehdiyev
Xəbəri paylaş