Milli Məclisin deputatı Pərvanə Vəliyeva Bakının Xətai rayonunda, Mədinə Gülgün küçəsi 1 ünvanında yerləşən 63 saylı orta məktəbdə və 8 noyabr küçəsi 36 ünvanında yerləşən “Zərifə xeyir-şər” evində seçiciləri ilə görüşüb.
Newscenter.az-a Pərvanə Vəliyevanın deputat ofisindən bildirilib ki, millət vəkili onların qaldırdıqları məsələləri dinləyib.
Görüşlərdə ümumilikdə, 37 nəfər iştirak edib.
Deputat qeyd edib ki, vətəndaşların müraciətlərinin həlli istiqamətində çalışacaq, həmçinin, ayrı-ayrı icmalarda bu kimi səyyar görüşləri davam etdirəcək.
Xatırladaq ki, vətəndaş qəbuluna yazılmaq və məlumat almaq üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz:
055-811-33-30
070-811-33-30
Süleyman