Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Haqq-ədalət bərpa ediləcək, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar

Haqq-ədalət bərpa ediləcək, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar


"Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi və ölkəmizin hüquqi gücü nəticəsində Ermənistanın və onun yaratdığı qanunsuz "Dağlıq Qarabağ Respublikası" silahlı birləşmələrinin Azərbaycana qarşı törətdiyi cinayətlərə dair genişmiqyaslı məhkəmə prosesi başlayıb. Məhkəmə işğal, soyqırım, etnik təmizləmə və müharibə cinayətlərini araşdırır. Toplanmış sübutlar göstərir ki, bu cinayətlər birbaşa Ermənistan dövləti tərəfindən planlaşdırılıb və maliyyələşdirilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mahir Süleymanlı səsləndirib. O bildirib ki, “Nürnberq prosesi”ndə isə əsas diqqət Ermənistan dövlətinin məsuliyyətinin təsbit edilməsinə yönələcək:

"Azərbaycan dövləti, beynəlxalq ictimaiyyətin diqqətinə Ermənistanın törətdiyi cinayətləri və bu cinayətlərin birbaşa dövlət səviyyəsində həyata keçirildiyini çatdıraraq, ədalətin bərqərar olunmasında qətiyyət nümayiş etdirir".

Deputat vurğulayıb ki, başlanan məhkəmə prosesi təkcə Azərbaycan üçün deyil, eyni zamanda regional və beynəlxalq hüquq sistemləri üçün də mühüm əhəmiyyət kəsb edir:

"Nəhayət, haqq-ədalət bərpa ediləcək, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar".

Süleyman
Xəbəri paylaş