Sosial şəbəkələrdə Naxçıvanda yüksək əməkhaqqı alan tibb işçilərinin siyahısı yayımlanıb.
TNS xəbər verir ki, jurnalist Sima Babayeva bu barədə paylaşım edib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov uzun müddətdir, dövlət büdcəsini müxtəlif yollarla talamaqla məşğuldur. Bu yollardan biri də “tibb elmnində böyük kəşflər etmiş”, uzmanlıq səviyyəsinə yenicə yüksəlmiş bir qrup həkimin saxta yolla yüksək məbləğdə əməkhaqqı ilə hər ay mükafatlandırılmasıdır.
İddia olunur ki, bu həkimlərin aldığı əməkhaqqı ölkə başçılarının maaaşından daha çoxdur.
Həmin həkimlərdən bir qrupunun siyahısını təqdim edirik:
Naxçıvan Sağlamlıq Mərkəzi:
1. Amalya Zeynalova (radioloq) - 12175 manat + 1630 manat = 13805.00 manat;
2. Vüsalə Qarayeva (radioloq) - 10000 manat + 1318 manat = 11318 manat;
3.Türkanə Fətullayeva (radioloq)- 11403 manat + 1700 manat =13103 manat;
4.Dilrubə Qaraşova (infeksionist) - 10000 manat + 1318 manat = 11318 manat;
5.Aras Levent (neyrocərrah) - 10630 manat + 1318 manat = 11948 manat;
6.İlyas Məmmədyarov (kardiocərrah)- 10630 manat + 1318 manat =11948 manat;
7.Anar Ələkbərov (travmatoloq) - 10000 manat + 1318 manat = 11318 manat;
8.Türkay Babayeva (pediatr) - 6000 manat + 1318 manat = 7318 manat;
9.İlyas Yolbaş (pediatr) - 8850 manat;
10.Ülvi Şükürzadə (terapevt) - 5500 manat + 1318 manat= 6818 manat.
Qeyd olunub ki, Naxçıvanda fəaliyyət göstərən adlı-sanlı həkimlər bu “mükafatın” cüzi bir hissəsini belə ala bilmirlər.
Red: Bu qədər yüksək əməkhaqqı alan həkimlərin olmasına baxmayaraq, muxtar respublikanın səhiyyə sistemi bərbad vəziyyətdədir. Əgər Naxçıvanda belə yüksəkixtisaslı həkimlər fəaliyyət göstərirsə, o zaman muxtar respublilka sakinləri sağlamlıqlarının bərpası üçün niyə Türkiyənin müxtəlif şəhərlərinə və ölkəmizin paytaxtı Bakı şəhərinə üz tuturlar? Deməli, iddia olunduğu kimi, burada korrupsiya əlamətləri var. Həmin həkimlərə yazılan əməkhaqqının böyük bir hissəsi hansısa məmurların cibinə gedir. Bu, çox ciddi iddiadır və araşıdırılmalıdır.