Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib

Prezident İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib.

Newscenter.az xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Sevinc Mehdiyeva
Xəbəri paylaş