
Kamçatkada vulkan püskürməsi olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, Kraşeninnikov vulkanının pükürməsi nəticəsində ətrafa 3,3 kilometrə çatan kül layları səpələnib.
"Vulkan buludunun hündürlüyü 3,3 km-ə çatır. Kül layları vulkanın 16 km şərq-cənub-şərqinə uzanır. Davamlı fəaliyyət alçaqdan uçan təyyarələrə təsir göstərə bilər", - deyə bildirilir.
Qeyd edək ki, avqustun 3-də vulkanın ətrafındakı ərazidə tədqiqat aparan qoruğun təhlükəsizlik və elmi şöbəsinin əməkdaşları aktiv kül püskürməsinin başlandığını bildiriblər. Daha sonra onun yamaclarında buxar və qaz axınının göründüyü qeyd edilib.
Müfəttişlər və alimlər Kraşeninnikov vulkanının ətrafındakı ərazini tərk ediblər. Qrupun bir hissəsi Uzon vulkanının kalderasına, digər qrup isə Kronotskoye gölünün sahilinə gedib. Alimlərin fikrincə, vulkan sonuncu dəfə 15-ci əsrdə püskürüb.
Mehman Mehdiyev