
Qeyri-Hökumət Təşkilatları sektoru kəmiyyətdən keyfiyyətə keçib. Bu təqdir edilməli halıdır.
Newscenter az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorun müdiri
Tural Əliyev deyib. O bildirib ki, artıq bu sektorda olan təsadüfi adamlar QHT sektorunu tərk edirlər. Çünki QHT fəaliyyətinin o qədər də asan olmadığını görürlər.
Tural Əliyev deyib ki, son illərdə qeyri-hökumət təşkilatları təsis etmək istəyənlərin də sayı azalıb. PA rəsmisi qeyd edib ki, Azərbaycan qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri layihələrdə də artıq keyfiyyət dəyişiklikləri baş verir.
Süleyman