
Yaxın günlərdə ABŞ prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putin arasında növbəti görüş keçiriləcək. Macarıstanda baş tutacaq görüşün əsas mövzusu Ukrayna məsələsi olacaq. Bəs görəsən bu dəfəki Tramp-Putin görüşü nə vəd edir? Amerika və Rusiya liderləri Ukrayna məsələsində hansısa razılığa gələ biləcəklərmi?
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib ki, Trampın Putinlə görüşməsi prosesləri uzatmaq üçün bir vasitədir:
"Tramp heç vaxt Putinə ciddi təzyiq etməyəcək. Ukraynaya yalnız müəyyən güzəştlərə getməklə müharibəni dayandırmaq sərf edə bilər ki, bu da indiki geosiyasi durumda məğlubiyyət hesab olunacaq. Avropa buna imkan verməyəcək. Trampın Ukraynaya ciddi təzyiqlər qarşılığında Rusiyanın şərtlərinə razı salması vəziyyəti daha da ağırlaşdıra bilər. Ukrayna küncə sıxışdırıldıqca Avropanın ona dəstəyi daha da arta bilər ki, bu da Avropanı ciddi şəkildə səfərbər edər. Bu isə Avropa-Rusiya müharibəsi anlamına gələr. Onda Tramp da məcburi şəkildə NATO tərkibində Avropaya dəstək verməyə məcbur olacaq. Ona görə də vəziyyət içindən çıxılmazdır".
Süleyman