Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Solomon adalarında 5,3 bal gücündə zəlzələ baş verib

Solomon adalarında 5,3 bal gücündə zəlzələ baş verib


Solomon adalarının bir hissəsi olan San-Kristobal adasının cənub-qərbində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.

Xidmət bildirib ki, zəlzələnin episentri 10 mindən çox insanın yaşadığı adanın cənub-qərb sahillərindən 1,5 km aralıda olub. Zəlzələnin ocağı 112 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi bildirilməyib.

Mehman Mehdiyev
Xəbəri paylaş