Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilan təkcə dünənin deyil, sabahın da şəhəridir

Zəngilan təkcə dünənin deyil, sabahın da şəhəridir


"Zəngilanın işğaldan azad edilməsi bizi tarixi zəfərimizə daha da yaxınlaşdıran hadisə idi. Zəngilanın azad olunması ilə Azərbaycan Ordusu həm də strateji üstünlük qazandı. Bu uğur Zəngəzur dəhlizinin reallaşması üçün mühüm addım oldu, ölkəmizin geosiyasi mövqeyi daha da gücləndi".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı Zəngilan şəhər günü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, bu əlamətdar gün — 20 oktyabr, Azərbaycan xalqının qürur mənbəyi, igid oğullarımızın qanı və canı bahasına yazılmış qəhrəmanlıq salnaməsidir. Zəngilanın 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığını deyən Arzuman Muradlı rayonun 27 il düşmən tapdağı altında qaldığını vurğulayıb:

"Bu illər ərzində Zəngilan təkcə fiziki deyil, mənəvi baxımdan da viran edildi. Tarixi abidələrimiz dağıdıldı, təbiətə ziyan vuruldu, kəndlərimiz və şəhərimiz xarabalığa çevrildi. İşğal edilmiş hər bir ərazimiz kimi Zəngilan da erməni vandalizminin ağır nəticələrini yaşadı".

İctimai birlik sədri qeyd edib ki, 2020-ci ilin Vətən Müharibəsi digər işğal edilmiş ərazilər kimi Zəngilanın da azadlığa qovuşmasına imkan yaratdı:

"Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri, eyni zamanda rayonun bir sıra kəndləri işğaldan azad edildi. Bu, təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə idi".

Arzuman Muradlı deyib ki, bu gün artıq Zəngilan dirçəlir:

"Bölgədə sürətli bərpa-quruculuq işləri aparılır, yeni məktəblər, yollar, evlər tikilir. Zəngilan gələcəyin yaşıl və ağıllı şəhərinə çevrilməkdədir. Bu inkişaf bizə göstərir ki, Zəngilan təkcə dünənin deyil, sabahın da şəhəridir!. Bu gün Zəngilan Şəhər Günü onun yenidən qurulması, inkişaf və tərəqqisi fonunda qeyd edilir".

Süleyman
Xəbəri paylaş