
Bu günə qədər Xankəndi, Ağdərə və Xocalıda 22 mindən çox sakin məskunlaşıb.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin Xankəndi, Ağdərə və Xocalıdakı xüsusi nümayəndəsi Elçin Yusufov deyib. O bildirib ki, adı çəkilən ərazilərdə məskunlaşmış vətəndaşların yaşayış üçün zəruri xidmətlərlə təmin edilməsi üçün lazımi addımlar atılır.
Elçin Yusufov deyib ki, bunun üçün təhsil müəssisələri tikilir, kommunal sektorda müvafiq işlər görülür, lazımı infrastruktur yaradılır. Daimi nümayəndə bu istiqamətdə işlərin uğurla davam etdiyini bildirib.
Süleyman