"Dünya Trampın ABŞ Prezidenti kimi vəzifəsinə başlamasını yeni tarixi dövrün startı kimi görür. Trampdan gözləntilər hədsiz dərəcədə çoxdur".
Newscenter.az xəbər verir ki, bunu deyən ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımovun sözlərinə görə, onun bir qurtarıcı kimi dünyanın xilaskarı olacağı, müharibələri sonlandıracağı, dərin dövlət anlayışına, qlobalistlərə, müharibə lobbisinə qarşı addımlar atacağı gözləntiləri vardır:
"Trampın xarakteri bu gözləntilərə cavab verirmi, onun komandası buna qadirdirmi, həqiqətən də Trampın məqsədi qeyd edilənlərdir sualı maraq doğurur.
Xarakteri baxımından Tramp hədsiz dərəcədə özündən razı, hegemon ruhlu, güc amilinə meylli və ona hörmət edən, qarşısındakı güclü adama istəməsə belə hörmətlə yanaşan, amma xarakterindəki zəif nöqtələri, ətrafındakı insanların mahiyyətindən irəli gələn özünün ruh halı onu deməyə əsas verir ki, Tramp göründüyü kimi lider və güclü insan deyil. Onu yönləndirmək mümkündür, hətta asandır. Verdiyi sözlərdən asanlıqla qaçan, bunun nəticəsinin onun üçün əhəmiyyətinin olmadığını, ən əsası isə məsuliyyət hissindən uzaq olan qənaəti hasil olur".
Azər Qasımov, "Trampdan gözləntilərin tezliklə boşa çıxacağı, dünyanın daha böyük xaosa sürüklənəcəyi, hətta bunda yeni Ağ Ev rəhbərinin böyük rolunun olacağını hesab edirəm. Dünya kimin nə istədisə, onu edəcəyi bir yerə çevriləcək",-deyə vurğulayıb.
Süleyman