Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva yanvarın 30-da Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Rauf Raif Denktaş və Dr.Fazıl Kiçik II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu”nda iştirak edəcək. Türkdilli dövlətlərdən olan elm adamlarının iştirak edəcəyi tədbirdə müxtəlif sahələrdə araşdırmalara dair müzakirələr aparılacaq.
Səfər fevralın 2-də başa çatacaq.
Süleyman