Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan Azərbaycana qaçaqmal narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs edilib

İrandan Azərbaycana qaçaqmal narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs edilib


Bərdə rayonunda İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən şəxslər həbs edilib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Əməliyyat nəticəsində əvvəllər məhkum olunan Elcan Mirzəyev və Əhməd Əhmədzadə saxlanılıblar. Onlardan 5 kiloqram marixuana aşkarlanaraq götürülüb. Həmin şəxslərin narkotiki İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirərək Bərdə rayonunda satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş